Kapitan Mühüd Qurban oğlu Orucov
DOĞUM TARİXİ:
13.07.1984
DOĞUM YERİ:
Azərbaycan, Qazax rayonu, Fərəhli kəndi
ŞƏHİD OLDUĞU TARİX:
03.04.2016
ŞƏHİD OLDUĞU YER:
Ağdərə rayonu, Talış kəndi, Talış yüksəkliyi
DƏFN EDİLDİYİ YER:
Qazax rayonu, Fərəhli kəndi
AİLƏ VƏZİYYƏTİ:
Qumru Orucova ilə ailəli idi
Vüqar və Anar adılarında iki oğul övladı bizlərə əmanət qalıb.
TƏLTİF VƏ MÜKAFATLARI:
— "Hərbi xidmətdə fərqlənməyə görə" II dərəcəli medalı
— "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı
— "Qüsursuz xidmətə görə" III dərəcəli medalı
— "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
— "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
MÜHÜD QURBAN OĞLU ORUCOV
Kapitan Orucov Mühüd Qurban oğlu 1984-cü il iyul ayının 13-də Qazax rayonunun Fərəhli kəndində doğulub. 1991-ci ildə K.Kərimov adına orta məktəbin 1-ci sinifinə daxil olub. 1999-cu ildə C.Naxçıvanski adına hərbi liseyə daxil olub və 2002-ci ilədək təhsilini həmin liseydə davam etdirib. 2002-ci ildə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və 2006-cı ildə həmin məktəbi qoşun kəşfiyyatı ixtisası üzrə bitirib.
2006-2007-ci ildə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində zabit ixtisası kursunu bitirib. 2007-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin qərarı ilə “N” saylı hərbi hissədə kəşfiyyat bölüyünün kəşfiyyat tağım komandiri vəzifəsinə təyin edilib. Elə həmin ildə öz arzusu ilə xüsusi təyinatlı qüvvələr kursunu keçmək üçün ezam olunub və kursu müvəffəqiyyətlə bitirib. Qısa zaman ərzində Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat tabor komandiri vəzifəsinədək yüksəlib.
Kapitan Mühüd Orucov xidməti dövründə Azərbaycan Silahlı Qüvvələrin Ali Baş komandanı və Müdafiə Naziri tərəfindən dəfələrlə təltif olunub.
2016-cı il aprelin 2-dən 3-nə keçən gecə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Talış yüksəkliyində qəhrəmancasına şəhid olub.
Aprelin 9-u Mühüd Orucov doğulduğu Qazax rayonunun Fərəhli kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açılıb və kapitan Orucov uğrunda şəhid olduğu torpağa tapşırılıb.
Şəhid kapitan Mühüd Orucov ölümündən sonar göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib.
Mühüd Orucov ailəli idi, Anar və Vüqar adlarında əkiz oğlanları yadigar qalıb.