Polkovnik-leytenant Sənan Tahir oğlu Axundov
DOĞUM TARİXİ:
29.09.1979
DOĞUM YERİ:
Azərbaycan, Füzuli şəhəri
ŞƏHİD OLDUĞU TARİX:
18.04.2016
ŞƏHİD OLDUĞU YER:
Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi, Lələtəpə yüksəkliyi
DƏFN EDİLDİYİ YER:
Beyləqan şəhəri, "Həzrəti Cərciz Peyğəmbər" məzarlığı
AİLƏ VƏZİYYƏTİ:
Nəcibə Axundova ilə ailə idi.
Tahir və Nəzrin adlı iki övladı bizlərə əmanət qalıb.
TƏLTİF VƏ MÜKAFATLARI:
— "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı
— "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı
— "Qüsursuz xidmətə görə" III dərəcəli medalı
— "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
— "Qüsursuz xidmətə görə" II dərəcəli medalı
— "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
SƏNAN TAHİR OĞLU AXUNDOV
–Axundov Sənan Tahir oğlu 29 sentyabr 1979-cu il tarixdə Füzuli rayonunda anadan olub. –Bakı şəhər 144 saylı tam orta məktəbi bitirib.(1997-ci ildə) –Bakı Ali Hərbi Məktəbi (2001), Almaniyada Hərbi Akademiyanı-alman dilində(2005), Bakı Dövlət Universitetinin hüquq fakültəsini (2009) bitirib. Azərbaycan Respublikası Müdafiə Nazirliyi sistemində əmək fəaliyyətinə başlayıb və Müdafiə Nazirliyində sektor müdiri vəzifəsinədək bir həyat yolu keçib. Aprel hadisələrində böyük həvəs və ruh yüksəkliyi ilə doğulub boya-başa çatdığı Füzuli bölgəsinə gedib və Lələtəpədə vəzifə salahiyyətlərinin icrası zamanı çiyindaşını ölümün pəncəsindən xilas edərək özü qəhrəmancasına şəhid olub.
Müdafiə Nazirliyi sistemində işlədiyi müddətdə şəhid Sənan Axundovun fədəkar əməyi orden-medallar və fəxri fərmanlara layiq görülüb. Ailənin tək oğul övladı, peşəkar hərbiçi Sənan Axundov 19 aprel 2016-cı il tarixdə Beyləqan rayonu ərazisindəki "Həzrəti Cərciz Peyğəmbər" məzarlığında dəfn olunub. Onun xatirəsi Azərbaycan Respublikasının rəhbərliyi və Heydər Əliyev Fondu tərəfindən hər zaman uca tutulub, ədəbiyyat nümayəndələri onun şərəfli həyat yolunu əks etdirən əsərlər yaradıblar.