Milli Qəhrəman Albert Aqarunoviç Aqarunov
DOĞUM TARİXİ:
25.04.1969
DOĞUM YERİ:
Azərbaycan, Bakı, Əmircan qəsəbəsi
ŞƏHİD OLDUĞU TARİX:
08.05.1992
ŞƏHİD OLDUĞU YER:
Şuşa rayonu
DƏFN EDİLDİYİ YER:
Bakı şəhər Şəhidlər Xiyabanı
AİLƏ VƏZİYYƏTİ:
Subay idi
TƏLTİF VƏ MÜKAFATLARI:
— Azərbaycanın Milli Qəhrəmanı
— Həzi Aslanov ordeni
ALBERT AQARUNOVİÇ AQARUNOV
Zefer.az-ın mılumatına görə, Albert Aqarunoviç Aqarunov 1969-cu il aprelin 25-də Bakı şəhərində anadan olub.
Qarabağ müharibəsi başlayandan sonra könüllü olaraq cəbhəyə yollanıb, tank komandiri təyin edilib və Şuşada döyüşlərə başlayır. Onun tankçı ekipajı tezliklə bütün cəbhə xəttində şöhrət qazanıb, Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində düşmənə ağır zərbələr vurub, onlarla yaraqlını və xeyli hərbi texnikanı məhv edib. 1992-ci il mayın 8-də Şuşa şəhəri uğrunda gedən döyüşlərdə düşmənin 2 tankını və digər texnikalarını məhv edib, lakin qeyri-bərabər döyüşdə qəhrəmanlıqla həlak olub.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Vaxtilə təhsil aldığı 154 saylı məktəb onun adını daşıyır, məktəbin önündə büstü qoyulub.