Milli Qəhrəman Vüqar Tofiq oğlu Hüseynov
DOĞUM TARİXİ:
20.06.1969
DOĞUM YERİ:
Azərbaycan, Cəbrayıl rayonu, Daşkəsən kəndi
ŞƏHİD OLDUĞU TARİX:
20.07.1991
ŞƏHİD OLDUĞU YER:
Goranboy rayonu, Buzluq kəndi
DƏFN EDİLDİYİ YER:
Cəbrayıl rayonu, Daşkəsən kəndi
AİLƏ VƏZİYYƏTİ:
Subay idi
TƏLTİF VƏ MÜKAFATLARI:
— Azərbaycanın Milli Qəhrəmanı
— "Qırmızı Ulduz" medalı
VÜQAR TOFİQ OĞLU HÜSEYNOV
20 iyun 1969-cu ildə Cəbrayıl rayonunun Daşkəsən kəndində dünyaya göz açmışdır. 1976-cı ildə burada məktəbə getmiş və 1986-cı ildə onuncu sinfi bitirmişdir. Sonra Bakıda 14 saylı texniki-peşə məktəbində təhsilini davam etdirmiş, elektrik qaynaqçısı ixtisasına yiyələnmişdir. 1987-ci ildə hərbi xidmətə çağırılmışdır. O, daxili qoşunlarda xidmət etmişdir. Hərbi xidmət dövründə çavuş rütbəsi almışdır. 1989-cu ildə hərbi xidmətini başa vuraraq, Binəqədi Neft və Qazçıxarma İdarəsində elektrik qaynaqçısı kimi əmək fəaliyyətinə başlamışdır.
Zəfər.Az bildirir ki, O, erməni qəsbkarlarının törətdikləri qatı cinayətlərə dözə bilmirdi. Ona görə də, 1990-cı ilin oktyabrında Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis dəstəsinə yazıldı. O, Xocalıda, Çaykənddə rəşadətlə vuruşdu, Goranboy rayonunun bir sıra kəndlərinin erməni işğalçılarından azad edilməsində böyük şücaət və qəhrəmanlıq göstərdi. Şəhid jurnalist Salatın Əsgərovanın qatillərinin tapılmasında onun da xidməti olmuşdur.
1991-ci il... İyulun 20-i... Ermənilər böyük qüvvə ilə Goranboy rayonunun Buzluq kəndinə hücuma keçmişdilər. Vüqar Hüseynov döyüş yoldaşlan ilə birlikdə sinəsini sipər elədi, düşmən geri çəkilməyə məcbur oldu. Bu, Vüqarın son döyüşü idi... O, qəhrəmancasına həlak oldu.
Subay idi.
SSRİ rəhbərliyi tərəfindən Hüseynov Vüqar Tofiq oğlu ölümündən sonra “Qırmızı Ulduz” ordeni və Azərbaycan Rcspublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Doğulduğu Daşkəsən kəndində dəfn edilmişdir.
Oxuduğu kənd orta məktəbi onun adını daşıyır.