Mayor Elnur Adil oğlu Əliyev
DOĞUM TARİXİ:
16.08.1976
DOĞUM YERİ:
Azərbaycan, Füzuli rayonu, Dədəli kəndi
ŞƏHİD OLDUĞU TARİX:
02.04.2016
ŞƏHİD OLDUĞU YER:
Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi, Lələtəpə yüksəkliyi
DƏFN EDİLDİYİ YER:
Füzuli rayonu
AİLƏ VƏZİYYƏTİ:
2005-ci ildə Nuranə Məmmədova ilə ailə həyatı qurub.
Elvin və Elxan adında iki oğul övladı bizlərə əmanət qalıb.
TƏLTİF VƏ MÜKAFATLARI:
— "Vətənə xidmətə görə" ordeni
— "Qüsursuz xidmətə görə" II dərəcəli medalı
— "Qüsursuz xidmətə görə" III dərəcəli medalı
— "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı
— "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
— "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
ELNUR ADİL OĞLU ƏLİYEV
Elnur Əliyev 1976-cı ildə Füzuli rayonunun Dədəli kəndində anadan olub. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi litseyə daxil olub və 1998-ci ildə Ali hərbi məktəbi bitirib.
Onun bibisi oğlu Mərdan Əliyev BBC Azərbaycancaya deyir ki, mayor Əliyev 10 il Tovuzda, daha sonra bir neçə il Daşkəsən, Gəncə və Murovdağda yerləşən "N" saylı hərbi hissələrdə xidmət edib.
Sonuncu həbi hissədə mayor rütbəsi alıb. Daha sonra o, Bərdənin "N" saylı hərbi hissəsində qərargah rəisi olub və son olaraq 2014-cü ilin noyabrından etibarən Füzuli rayonundakı "N" saylı hərbi hissəsin səfərbərlik və komplektləşdirmə şöbəsinin rəisi kimi işləyib.
"O, ancaq əsgərlərin təxris olunması və ya işə götürülməsi kimi idarə işləri ilə məşğul olub. Amma vuruşmanın başlandığı gecə kabinetdə yoldaşlarına deyib ki, özü Füzulidəndir və bir neçə adam götürərək Lələ Təpə uğrundakı döyüşə qatılıb", - Mərdan Əliyev bildirir.
Onun sözlərinə görə, Elnur Əliyev döyüşdə yoldaşlarını xilas edib.
"Döyüşdə atılan qumbaranın üstünə tullanıb, yanındakıların həyatını xilas edib və şəhid olub", Mərdan Əliyev ağlayaraq vurğulayır.
Elnur Əliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətənə xidmətə görə" ordeni (III dərəcəli) ilə təltif edildi.
Elnur Əliyev ailəli idi; Elvin və Elxan adında iki oğlu yadigar qalıb.