Mayor Urfan Üzeyir oğlu Vəlizadə
DOĞUM TARİXİ:
01.11.1978
DOĞUM YERİ:
Bakı şəhəri
ŞƏHİD OLDUĞU TARİX:
02.04.2016
ŞƏHİD OLDUĞU YER:
Füzuli rayonu
DƏFN EDİLDİYİ YER:
Bakı şəhər II Fəxri Xiyaban
AİLƏ VƏZİYYƏTİ:
2006-cı ildə Könül Vəlizadə ilə ailə həyatı qurub.
Zəhra və Betül adında iki övladı bizlərə əmanət qalıb.
TƏLTİF VƏ MÜKAFATLARI:
— "Azərbaycan Bayrağı" ordeni
— "Qüsursuz xidmətə görə" II dərəcəli medalı
— "Qüsursuz xidmətə görə" III dərəcəli medalı
— "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı
— "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı
— "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
— "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
URFAN ÜZEYİR OĞLU VƏLİZADƏ
Urfan Vəlizadə 1978-ci ilin 1 noyabr günündə Bakı şəhərində anadan olub. Məktəbi bitirən kimi Türkiyə Hava Hərbi Məktəbinə daxil olan Urfan Vəlizadə burada beş il təhsil alıb və 2001-ci ildə Azərbaycanda xidmətə başlayıb.
Urfan Vəlizadə 2006-cı il 26 iyunda Könül xanım ilə ailə həyatı qurdu; Zəhra (23.03.2008) və Betül (14.03.2015) adında iki qız övladı yadigar qalıb.
Hərbi xidməti:
Zəfər.Az saytı bildirir ki, mayor Urfan Vəlizadə özündən başqa baş leytenant Əbu Bəkir İsmayılov və mayor Təbriz Musazadə ilə birgə idarə etdiyi Mi-24 helikopteri ilə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışmaya qatılıb. Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı Mi-24 helikopteri ermənilər tərəfindən vurulub və helikopterdə olan heyət üzvləri qəhrəmancasına şəhid olub. Onların nəşi aprelin 10-u neytral ərazidən götürülüb.
Aprelin 11-i isə Mi-24 helikopterinin pilotları Urfan Vəlizadə, Əbu Bəkir İsmayılov və Təbriz Musazadə, həmçinin döyüşlərində qəhrəmancasına şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyev ilə vida mərasimi baş tutub. Vida mərasiminə Müdafiə Naziri general-polkovnik Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev, habelə mayor Ramil Səfərov və bir sıra digər rəsmi şəxslər qatılıb. Mərasimdə çıxış edən general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun Aprel döyüşlərində qazandığı qələbədən və şəhidlərin qəhrəçmanlığından danışıb. Daha sonra şəhidlər Bakı şəhərində yerləşən II Fəxri Xiyabanda izdihamla son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidlərin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açılıb və şəhidlər uğrunda şəhid olduğu torpağa tapşırılıb.
Urfan Vəlizadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.