Milli Qəhrəman Bəxtiyar Əzizulla oğlu Allahverdiyev
DOĞUM TARİXİ:
10.06.1974
DOĞUM YERİ:
Azərbaycan, Bakı şəhəri
AİLƏ VƏZİYYƏTİ:
Ailəlidir
TƏLTİF VƏ MÜKAFATLARI:
— Azərbaycanın Milli Qəhrəmanı
Bəxtiyar Əzizulla oğlu Allahverdiyev 1974-cü ilin iyun ayının 10-da Bakı şəhərində anadan olmuşdur. 1991-ci ildə Bakı şəhərində yerləşən 199 saylı orta ümumtəhsil məktəbini bitirimişdir. Həmin ilin avqust ayında Rusiyya Fedarasiyasında yerləşən Ali Hərbi məktəbə qəbul olunmuşdur. Azərbaycanda baş verən hadisələrə biganə qalmayaraq təhsilini yarıda buraxıb 1992-ci ildə vətənə dönərək N saylı saylı hərbi hissədə əsgəri xidmətə başlamış və tez bir zamanda hərbi hissədə komandirlərin və şəxsi heyətin hörmətini qazanmışdır.
O, 1992-ci ilin oktyabr ayından etibarən hərbi hissə tərkibində Qarabağ uğrunda gedən döyüşlərə qatılaraq Qubadlı, Füzuli, Ağdərə, Tərtər döyüş bölgələrində gedən döyüşlərdə iştirak etmiş və eləcə də hərbi hissə Komandirinin verdiyi xüsusi döyüş tapşırıqlarını kəşfiyyat qruplarının tərkibində olmaqla layiqincə yerinə yetirmişdir. 1994-cü ilin fevral ayında hərbi hissə Komandirinin təqdimatına əsasən döyüşlərdə xüsusi bacarıqlarına görə fərqlənən bir qrup çavuşun həqiqi hərbi xidmətdən müddətdən artıq xidmətə keçirilərkən Bəxtiyar Allahverdiyevdə həmin çavuşlardan biri olmuşdur.
O, hansı cəbhədə xidmət etməsindən asılı olmayaraq, hər bir vətən oğlu kimi öz əsgəri andına sadiq qalmış, Vətəni qorumaq kimi müqəddəs işi layiqincə yerinə yetirməyə çalışmışdır.
Milli Ordumuzun qısa müddətdə yaranmasında və gələcəkdə orduda ixtisaslı hərbiçilərin xidmətini təmin edilməsi məqsədi ilə 1995-ci ildə Müdafiə Nazirinin əmrinə əsasən bir qrup hərbiçi o cümlədən də gizir rütbəsində B.Allahverdiyev hərbi biliyini artırmaq və hərbi ixtisasa malik olmaları üçün Türkiyə Respublikasına göndərilmişdirlər. 1997-ci ildə o, Jandarma Komando ixtisas kursunu müvəffəqiyyətlə başa vurub, doğma Azərbaycana qayıtmışdır. Həmin ilin aprel ayında isə N saylı hərbi hissənin kəşfiyyat taqımına tağım komandiri təyin olunmuşdur.
B.Allahverdiyev 1997-ci ildən 1998-ci ilədək xüsusi təyinatlı kəşfiyyat tağımının komandiri, 1998-99-cu illərdə təminat taqımının komandiri, 1999-2000-ci illərdə isə Bakı Ali Komandirlər Məktəbində taktika kafedrasının təlimatçısı vəzifələrində xidmət etmiş və 2000-ci ilin oktyabr ayında ordudan gizir rütbəsində öz xahişi ilə təxris olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı Fərmanı ilə Allahverdiyev Bəxtiyar Əzizulla oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Hərbi xidmətdən təxris olunmasına baxmayaq, dövlətə və vətənə xidməti davam etdirmək məqsədi ilə Bəxtiyar Allahverdiyev 2001-ci ildə Daxili İşlər Orqanlarına işə qəbul edilmiş və polis nəfəri kimi xidmətə başlamışdır. 2002-ci ildə AR DİN-nin Polis Akademiyasının qiyabi şöbəsinə daxil olmuş və 2007-ci ildə təhsilini başa vurmuşdur.
Qiyabi təhsil aldığı müddətdə Azərbaycan Respublikası Daxili İşlər Nazirinin əmrinə əsasən polis kiçik leytenantı rütbəsi alaraq 2004-cü ildə İsmayıllı rayonu Polis Şöbəsinə polis sahə inspektoru vəzifəsinə təyin edilmişdir. 2006-cı il tarixdən xidmət üzrə iş yeri Bakı şəhərinə dəyişdirilmiş, sonuncu dəfə isə Bakı Şəhər BPİ-yə bilavasitə tabe olan DYPİ-də xidmət etmişdir 2015-ci ilin may ayında isə öz istəyi ilə DİO-dan polis mayoru rütbəsində təqaüdə göndərilmişdir.
Ailəlidir.