Mayor Əhməd Hüseynağa oğlu Abdullayev
DOĞUM TARİXİ:
30.07.1976
DOĞUM YERİ:
Cəlilabad rayonu
ŞƏHİD OLDUĞU TARİX:
04.09.2010
ŞƏHİD OLDUĞU YER:
Tərtər rayonu
DƏFN EDİLDİYİ YER:
Cəlilabad rayonu
AİLƏ VƏZİYYƏTİ:
2005-ci ildə Ulduz xanım Abdullayeva ilə ailə həyatı qurub
Hüseyn və Nihad adlı iki övladı bizlərə əmanət qalıb.
TƏLTİF VƏ MÜKAFATLARI:
(2016) —"İgidliyə görə" medalı
ƏHMƏD HÜSEYNAĞA OĞLU ABDULLAYEV
Abdullayev Əhməd Hüseynağa oğlu 30 iyul 1976-cı ildə Cəlilabad rayonunda, ziyalı ailəsində anadan olub.
Zəfər.Az saytı bildirir ki, 1983-cü ildə Cəlilabad rayon, 8 saylı orta məktəbin birinci sinfinə gedib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi məktəbə daxil olub və həmin məktəbi müvəffəqiyyətlə bitirib.
1992-ci ildə təhsilini davam etdirmək məqsədilə İstanbul şəhər hərbi məktəbinə daxil olub. 1996-cı ildən Ankara Hərbi Akademyasında təhsilini davam etdirib.
Dünyanın bir çox ölkələrində (Almaniya, İsveçrə ) keçirilən hərbi təlimlərdə iştirak edib.
2001-ci ildən 2010-cu ilədək Azərbaycan Respublikasının Xüsusi Təyinatlı dəstəsində qrup komandiri vəzifəsində çalışıb.
2010-cu ilin mart ayından Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini davam etdirib.
Azərbaycan Ordusunun mayoru Əhməd Abdullayev 2010-cu ilin sentyabr ayının 4-də erməni qəsibkarlarının hücumunun qarşısını almaq məqsədilə xüsusi dövüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına Şəhid olub.
Evlidir, iki oğlu var.